Qayıdışda ilk rəqib isə “Sabah” olacaq. Meydan sahiblərinin heyətinin durumu maraq doğurur. Cari mövsümün ilk turunda, avqustun 16-da “Neftçi” ilə görüşdən sonra əli ilə şüşəni sındırandan sonra zədə alan Səbuhi Abdullazadənin artıq komanda ilə məşqlərə çıxdığını bildirmişdik. Oktyabrın 10-da, premyer-liqanın 7-ci turu çərçivəsində “Qəbələ” ilə görüşün 22-ci dəqiqəsində Jeam Oliveyra da zədələnmişdi.
Görəsən, “Sumqayıt” bu vacib görüşdə həmin futbolçularının xidmətindən yararlana biləcəkmi?
“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxlayıb:
“Hər ikisinin qışa qədər meydana çıxması mümkün olmayacaq. Səbuhi komanda ilə məşqlərə qatılsa da, oynaması üçün hələ tezdi. Jeam isə hələ zədəsini sağaltmayıb”.
İSRAYIL XEYRULLAYEV





