Bu həftə üç premyer-liqa klubu çətinliklə üzləşəcək

6.10.2026 22:30 279
Ölkə futbolu
Bu həftə Misli premyer-liqasında milli komandaların oyunları ilə bağlı yaranan fasilə başa çatacaq. Daha dəqiqi, oktyabrın 9-u-11-i aralığında 7-ci turun oyunları keçiriləcək.

"Football-plus.az"ın məlumatına görə, komandaların bu matçlar üçün cəzalı futbolçularının adları bəlli olub. Belə ki, "Sumqayıt" Səbuhi Abdullazadənin, "İmişli" Juninyonun, "Araz-Naxçıvan" Mamadu Kanenin xidmətindən yararlana bilməyəcək.

Xatırladaq ki, tur Şamaxı şəhər stadionunda keçiriləcək "Araz-Naxçıvan" - "Kəpəz" oyunu ilə start götürəcək. Bu matç 16.00-da başlayacaq.

KƏNAN BAHADIR