Millimiz evdə Monteneqroyla bacarmadı - YENİLƏNİB

8.06.2025 21:54 490
Ölkə futbolu / Manşet
U-21 millimiz bu gün yoxlama görüşü keçirib.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma təlim-məşq toplanışı çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Xatırladaq ki, yığma iyunun 4-də Belarusla yoxlama görüşündə 1:3 hesabı ilə uduzub.