U-21 millimiz Omanla qarşılaşacaq

13.11.2026 22:07 0
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimiz iki yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv sabah və noyabrın 17-də saat 17.00-da Omanın U-23 milli komandası ilə üz-üzə gələcək.

“Bank Respublika Arena”da baş tutacaq oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.