Milli komandanın yeni rekordçusu oldu

8.10.2026 16:28 81
Dünya futbolu
Son Hın Min Koreya yığmasının yeni rekordçusu olub.

O, milli komandanın tarixində ən çox qol vuran futbolçu olub. Koreya Özbəkistanla keçirilən yoldaşlıq oyununda 2:0 hesabı ilə qalib gəlib. Son 6-cı dəqiqədə milli komandada 59-cu qolunu vurub. 34 yaşlı hücumçu bununla da Bum Kun Çanın rekordunu yeniləyib. Ça Koreya yığmasında 58 qol vurub.

Qeyd edək ki, Son həmçinin milli komandanın ən çox oyun keçirən futbolçusudu. O, Koreyanın heyətində 151 matça çıxıb.

Xatırladaq ki, hücumçu 2014, 2018, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib. Hın Min 2025-ci ilin avqustundan “Los Anceles”də oynayır.