Venger İnfantinoya xələf olacaq?

20.10.2026 09:55 9
Dünya futbolu
Arsen Vengerin FİFA prezidenti ola biləcəyi ilə bağlı ehtimal doğru çıxmayıb.

"Football-plus.az" xəbər verir ki, fransalı mütəxəssisin bu vəzifəyə namizədliyini irəli sürmək ideyasından imtina edilib. Qurumun hazırkı prezidenti Canni İnfantinoya qarşı çıxan şəxslər Vengeri potensial namizədlərdən biri kimi nəzərdən keçirirdilər.

76 yaşlı Vengerdən başqa, UEFA-nın prezidenti Aleksander Çeferin, KONKAKAF-ın rəhbəri Viktor Montalyani və Asiya Futbol Konfederasiyasının prezidenti Salman bin İbrahim Əl-Xəlifə də FİFA-nın prezidenti postu uğrunda mübarizəyə qatılmaqdan imtina ediblər.

Venger 2019-cu ildən FİFA-nın qlobal futbolun inkişafı üzrə rəhbəri vəzifəsində çalışır. O, 1996-2018-ci illərdə “Arsenal”ın baş məşqçisi olub və komanda ilə 3 dəfə İngiltərə çempionluğunu qazanıb.