Noyabrın 20-də saat 19.00-da baş tutacaq “Sumqayıt” - “Sabah” matçının biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15.00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündü.
İlkin mərhələdə 4-12-ci sektor arası biletlər satışa çıxarılıb. Zərurət yaranacağı halda digər sektorlar da satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdı.
Bilet almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz
https://iticket.az/events/sport/sumqayit-fk-sabah-fk202612
“Sumqayıt” - “Sabah” oyununun biletləri satışda
Ölkə futbolu





