Bir neçə gün əvvəl Valter Matsarrini vəzifəsindən azad edən “Kalyari” rəhbərliyi ona xələf tapıb.
Uğursuz nəticələrə görə istefaya göndərilən təcrübəli mütəxəssisin yerini Alessandro Aqostini tutub. O, 2004-12-ci illərdə “Kalyari”nin formasında 300-ə yaxın oyun keçirib. Futbolçu karyerasını başa vurandan sonra komandanın məşqçi korpusuna daxil olub. Sonra isə klubun gənclərdən ibarət komandasını çalışdırıb.
A seriyasında keçirdiyi son 8 oyundan 7-də məğlub olan “Kalyari” mövsümün sonuna 3 tur qalmış 20 iştirakçı arasında 17-ci yeri tutur.