Ronaldoya görə “7” dəyişdi

16.11.2026 18:58 0
Dünya futbolu
Kriştiano Ronaldonun beynəlxalq karyerasını başa vurmasından sonra Portuqaliya yığmasında onun uzun illər daşıdığı “7” nömrəli formanın dizaynı yenilənib.

Yeni dizaynda “7” rəqəminin aşağı hissəsində kiçik əlavə diqqəti cəlb edir. Milli komandanın rəsmi “X” hesabında yeni forma təqdim olunaraq bu cümlələr yazılıb: “Yeni “7 nömrə”ni təqdim etməyin vaxtıdı. Çünki əbədi qalacaq bir “7 nömrə” var”.

Ronaldo bir neçə gün əvvəl Portuqaliya yığmasında çıxışını dayandırdığını bəyan edib. O,milli formada 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq oyununda debüt edib. Yığmada 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə verib.

“Əl-Nəssr”in hücumçusu 2016-cı ildə Avropa çempionu, 2018/19 və 2024/25 mövsümlərində isə Millətlər Liqasının qalibi olub.