Kənan Yıldızdan növbəti mühüm qollar və növbəti rekord

30.11.2025 13:30 14
Dünya futbolu
Kənan Yıldız ''Yuventus''da ulduzunu parlatmaqda və mühüm performans sərgiləməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, İtaliya çempionatının 13-cü turunda ''Yuventus'' evdə ''Kalyari''ni məhz Kənanın qolları ilə 2:1 məğlub etdi.

Türkiyəli vinger həftəiçi Çempionlar Liqasında ''Bude/Qlimt'' ilə səfər oyununda da ''Yuve''nin əzmkar qələbəsində mühüm rol oynamışdı. O fasilədə meydana çıxmış, aktivinə məhsuldar ötürmə yazmış və matçın ən yaxşı oyunçusu seçilmişdi.

Yıldızın ardıcıl ikinci matçda qəhrəmana çevrilməsi İtaliya mətbuatında da böyük əks-səda doğurub. Xüsusilə ''Qazetta dello Sport''un ''No Yıldız, no Juve'' (Yıldız yoxdusa, ''Yuve'' də yoxdu) başlıqlı xəbəri diqqət çəkib. ''Qoca Sinyora''nın təcrübəli baş məşqçisi Luçano Spalletti də oyundan sonra bu futbolçuya tərif yağdırıb:
''Kənan Yıldız əsil çempion özəlliklərinə malikdi. Bu gün heç nədən qollar yaradaraq bizə qələbə qazandırdı. Ona taktiki cəhətdən mümkün qədər sərbəstlik verməyə çalışıram. Kiçik ərazidə mühüm işlər görməyi bacarır. Amma qərar vermək bacarığını bir qədər də inkişaf etdirməlidi''.

Yeri gəlmişkən, ''Yuve''də Alessandro Del Pyeronun davamçısı sayılan Kənan Yıldız bu əfsanənin daha bir rekordunu geridə qoydu. 20 yaşlı futbolçu ''Yuventus''da 101-ci rəsmi oyunda vurduğu qolların sayını 21-ə yüksəltdi. Kənan Del Pyeronu geridə qoyaraq ''Yuve'' tarixində 20 qol həddinə ən gənc yaşda çatan futbolçu oldu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul