"Qarabağ" Yamaykadan bəd xəbər aldı - bu futbolçunun başına iş gəlib

29.09.2026 10:00 126
Ölkə futbolu
“Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin düşərgəsində zədələnib.

"Football-plus.az" xəbər verir ki, o, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb. 26 yaşlı vinger matçın 12-ci dəqiqəsində ayağından zədə alıb və əvəzlənməli olub.

Sefasın durumu ilə bağlı hələlik açıqlama verilməyib. Oyun Hondurasın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Sefas sentyabrın 26-da KONKAKAF Millətlər Liqasında Qvatemala ilə matçın əlavə vaxtında qol vuraraq Yamaykaya qələbə (3:2) qazandırmışdı.