“Sabah”ın futbolçusu Coy-Lens Mikels Ruanda yığmasında növbəti oyuna çıxıb.
"Football-plus.az" xəbər verir ki, onun komandası Afrika Millətlər Kubokunun 2-ci turunda Kabo Verde ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Mikels bu görüşdə start heyətində meydana çıxıb. O, 52-ci dəqiqədə komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub. Hücumçu 90+3-cü dəqiqədə əvəzlənib.
“Zirə”də çıxış edən Ange Mutsinzi də Ruanda millisində start heyətində meydana çıxıb və sona qədər oynayıb. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, Mikels Afrika Millətlər Kubokunda Liberiyaya qarşı oyunda Ruanda millisində debüt edib və 1 qol vurmağı bacarıb.
Mİkels millidə də qarşısıalınmazdı - bu dəfə Kabo Verdeni məyus etdi
Ölkə futbolu





