"Qarabağ"ın futbolçusu haqda şad xəbər

15.10.2024 01:26 1 732
Dünya futbolu
“Qarabağ”ın futbolçusu Yassin Benzyanın çıxış etdiyi Əlcəzair millisi Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda 4-cü turda səfərdə Toqo ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Benzya da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 63-cü dəqiqədə Said Benrahma ilə əvəzlənib.

Qeyd edək ki, Əlcəzair yığması E qrupunda 12 xalla liderdi. Bu qələbə sayəsində komanda son 2 turun nəticələrindən asılı olmayaraq növbəti mərhələyə vəsiqəni təmin edib.