Mərt Müldür AÇ-də Arda Güləri qabaqladı - birinci oldu

22.06.2024 16:51 444
Dünya futbolu
Bu gün AÇ-2024-ün qrup mərhələsində ikinci turuna yekun vurulacaq. Artıq ilk turun ən yaxşı qolu bəllidi.

"Football-plus.az" xəbər verir ki, Türkiyə millisinin üzvü Mərt Müldürün Gürcüstana vurduğu qol ən yaxşı sayılıb. "Real"ın və Türkiyə yığmasının üzvü Arda Gülərin Gürcüstana vurduğu qol isə 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Türkiyə həmin matçda Gürcüstanı məğlub edib - 3:1. Qardaş ölkənin yığması bu gün Portuqaliya ilə qarşılaşacaq.