“İnter Mayami”nin yeni baş məşqçisi müəyyənləşib. MLS təmsilçisini bundan sonra Kili Qonsales çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, bu haqda ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssislə müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb. Qonsales baş məşqçi vəzifəsində Gilyermo Oyosu əvəzləyib. Onun əvvəlki iş yeri ölkəsinin “Platense” klubu olub.
Xatırladaq ki, heyətində Lionel Messi, Luis Suares və Karlos Kazemiro kimi ulduz futbolçular çıxış edən “İnter Mayami” hazırda MLS-in Şərq Konfransında 25 oyuna 45 xalla 2-ci yeri tutur. Komanda lider “Neşvill”dən 9 xal geri qalır.
“İnter Mayami”də yeni baş məşqçi
Dünya futbolu






