Keyn üçün əlamətdar oyun

10.09.2024 20:53 180
Dünya futbolu
Bu gün Millətlər Liqası çərçivəsində Finlandiyaya qarşı keçiriləcək oyun Harri Keyn üçün əlamətdar olacaq.

"Footbaıı-plus.az" xəbər verir ki, İngiltərə yığmasının hücumçusu meydana çıxacağı halda milli formanı karyerasında 100-cü dəfə geyəcək. Keyn İngiltərənin heyətində bu nəticəyə imza atacaq sayca 10-cu futbolçu olacaq. Sonuncu dəfə buna 2014-cü ildə Ueyn Runi nail olub. Milli komandanın rekordçusu isə 125 matçda forma geymiş Piter Şiltondu.

Keyn İngiltərə yığmasındə 2015-ci ildə debüt edib. Onun bu komandada 99 oyuna 66 qol vurduğunu da qeyd edək.