Tomas Tuxel İngiltərə yığmasında yeni rekord müəyyən edib.
Almaniyalı mütəxəssis milli komandanın tarixində 20 qələbəyə ən az oyunda çatan baş məşqçi olub.
“Opta”nın məlumatına görə, 53 yaşlı çalışdırıcı İngiltərə yığmasında 20-ci qələbəsini 26-cı oyununda qazanıb. Tuxel milli komandanı 2025-ci il yanvarın 1-dən çalışdırır.
İngiltərə çərşənbə axşamı Millətlər Liqasında Çexiyaya 3:0 hesabı ilə qalib gəlib. Harri Keyn dubl edib, çexiyalı müdafiəçisi Vladimir Soufal isə topu öz qapısına göndərib.
İngiltərə yığmasında rekord müəyyən etdi
Dünya futbolu






