Millətlər Liqasının Almaniya ilə səfər oyunu (1:1) Harri Keyn üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, o, İngiltərə yığmasını 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə məğlubiyyətdən qurtarıb. “Tottenhem”in hücumçusu milli formada 50-ci qolunu vurub. Keyn dünya futbolunda yığmada azı bu qədər qola sevinən 72-ci oyunçudu.
28 yaşlı Harri 50 qola milli formada keçirdiyi 71-ci oyunda çatıb. O, bu baxımdan Lionel Messi ilə Kriştiano Ronaldonu arxada qoyub. Belə ki, Messi Argentina yığmasında 50 top həddinə 107-ci, Ronaldo isə Portuqaliya millisində keçirdiyi 114-cü matçında çatıb.