Mutsinzi oynadı, millisi uduzdu

11.10.2024 22:37 279
Dünya futbolu
Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 3-cü turunun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, bu gün Ruanda millisi səfərdə Benin seçməsinin qonağı olub. Qarşılaşma ev sahiblərinin 3: 0 hesablı qələbəsi ilə başa çatıb.

Ruanda millisinin üzvü olan "Zirə"nin müdafiəçisi Anje Mutsinzi də bu görüşün iştirakçısı olub. 26 yaşlı futbolçu matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

3 turdan sonra aktivində 2 xal olan Ruanda yığması 4 komandanın yer aldığı qrupda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul