"Sabah"ın forvardı Coy-Lens Mikels Ruanda millisinin heyətində rəsmi debüt edib.
"Football-plus.az" xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya ilə görüşdə iştirak edib.
Meydana start heyətində çıxan Mikels 44-cü dəqiqədə penaltidən fərqlənib. Qollardan birini də sabiq "Zirə"li Leroy Mikels vurub.
"Zirə"nin müdafiəçisi Ange Mutsinzi də bu oyunda meydana çıxıb. Qarşılaşma Ruandanın 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Mikels qardaşları millidə şou göstərdi
Ölkə futbolu





