Mutsinzi yada düşmədi, Mikels oynadı

6.10.2026 10:00 27
Ölkə futbolu
Ruanda millisi yoxlama oyununda Keniya ilə üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.

Ruanda millisinə dəvət alan “Zirə”nin müdafiəçisi Anje Mutsinzi bu görüşün iştirakçısı olmayıb. O, əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib.

“Sabah”ın hücumçusu Coy-Lens Mikels isə 46-cı dəqiqədə meydana çıxıb.