Ancaq daha əvvəl də dəfələrlə oxşar vəziyyət yaşandığına görə adamın heç cür inanmağı gəlmir. Bəs PFL yenə “Mehdi Hüseynzadə”də təftiş aparacaq? Qərar artıq qətiləşib, yoxsa matçın yerinin yenidən dəyişdirilməsi ehtimalı var?
“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxlayıb:
“Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün vəziyyəti daim diqqətimizdə olub. Bu məsələ ilə müntəzəm maraqlanmışıq. Bu dəfə də istisna deyil. İndi vəziyyət əvvəlki ilə müqayisədə qat-qat yaxşıdı. Sabah saat 11-də stadiona baxış keçiriləcək. Bütün bu prosesin nəticəsinə uyğun raport hazırlanacaq. Ətraflı məlumatı yalnız sabahkı təftişdən sonra verə bilərik. Görünən odu ki, matçın keçirilməsində heç bir problem olmayacaq. Bununla belə, sabah saat 11-də stadionda təftiş aparılacaq və ümumi baxışın nəticələri əsasında raport hazırlanacaq”.
İSRAYIL XEYRULLAYEV
P.S. Öz aramızdı, Almaniyanın gestaposu və hərbi patrulları İkinci Dünya Müharibəsi illərində bəlkə heç Mehdi Hüseynzadəni bu qədər yoxlamayıb...





