Vensan Kompani ilə bağlı xoş xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın baş məşqçisi səhhətindəki problemlərə görə xəstəxanada müalicə aldıqdan sonra komandanın düşərgəsinə qayıdıb. Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Oktyabrın sonunda klubun gənclərdən ibarət komandasının məşqi zamanı huşunu itirən belçikalı mütəxəssis hazırda özünü yaxşı hiss edir. O, həftənin əvvəlindən klubun bazasında məşqlərə qatılıb. Kompani burda çiyin zədəsindən sonra bərpa prosesini də davam etdirir.
Qeyd edək ki, baş məşqçi həkim nəzarətində olduğu müddətdə onun vəzifələrini köməkçisi Aaron Danks icra edib.
Komandanın düşərgəsinə qayıtdı
Dünya futbolu




