UEFA-dan Asim Xudiyevə növbəti təyinat

6.12.2024 17:27 374
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, UEFA Konfrans Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində “Olimpiya” (Sloveniya) - “Serkle Brügge” (Belçika) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 12-də, Lyublyana şəhərində yerləşən “Stojitse” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.