A seriyasında istefa

27.02.2024 14:54 142
Dünya futbolu
“Sassuolo” rəhbərliyi baş məşqçi Alessio Dionizi ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərara komandanın uğursuz çıxışı səbəb olub. Komandanın son 6 oyunda qələbə qazana bilməməsi Dionizinin işdən azad edilməsini zərurətə çevirib. O, “Sassuolo”ya 2021-ci ilin yayından rəhbərlik edirdi.

“Yaşıl-qaralar”a müvəqqəti olaraq gənclərdən ibarət komandanın məşqçisi Emiliano Biqiç başçılıq edəcək. “Sassuolo” hazırda A seriyasında 20 xalla 17-ci yeri tutur.