Kompani İngiltərəyə qayıtdı

15.06.2022 22:14 431
Dünya futbolu
Vensan Kompani yenidən İngiltərədə çalışacaq.

“Anderlext”i tərk edən mütəxəssis “Bernli”nin baş məşqçisi təyin olunub. Başqa sözlə, 36 yaşlı belçikalı 2022/23 mövsümündə çempionşip adlanan 2-ci divizionda işləyəcək.

Xatırladaq ki, Kompani futbolçu karyerasının 11 ilini İngiltərədə keçirib. 2008-19-cu illərdə “Mançester Siti”nin formasını daşıyıb. O, 2020-ci ildə karyerasını “Anderlext”də başa vurandan sonra doğma komandasını çalışdırmağa başlayıb. Brüssel klubu son mövsümü Belçika çempionatında 3-cü yerdə başa vurub.