Kompani üçün yeni köməkçi

5.01.2026 19:30 10
Dünya futbolu
“Bavariya”da yeni məşqçi təyinatı ba verib.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, Daniel Fredli baş məşqçi Vensan Kompaninin köməkçisi təyin olunub.

Fredli bunadək “Mançester Siti”də Xosep Qvardiolanın başçılıq etdiyi məşqçilər heyətində də çalışıb.