Fransa klubunda yeni təyinat

11.01.2026 18:27 9
Dünya futbolu
“Strasbur”un yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda ingiltərəli məşqçi Qari Onilə həvalə olunub. O, bu vəzifədə Liam Rosenyoru əvəzləyib. Liqa 1 təmsilçisi mütəxəssislə imzaladığı müqavilənin detallarını hələlik açıqlamayıb.

Onil daha əvvəl “Bornmut” və “Vulverhempton”u çalışdırıb. “Strasbur” hazırda Liqa 1-in turnir cədvəlində 17 oyuna 24 xalla 7-ci yeri tutur.