Uorren Zair Emeri zədə səbəbindən Fransa yığmasının qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, onun əvəzinə milli komandaya PSJ-nin digər yarımmüdafiəçisi Maqnes Akliuş dəvət olunub.
Uorren “Marsel”lə son oyunda sağ cinah müdafiəçisi mövqeyində çıxış edib. O, beynəlxalq fasilə zamanı yarımmüdafiədə özünü göstərmək şansı qazanacağına ümid edirdi. Fransa yığmasının baş məşqçisi Zinəddin Zidan da futbolçunu orta xəttdə oynatmağı planlaşdırırdı. Ancaq zəfə səbəbindən futbolçu yığmanın heyətindən kənarda qalıb.
Yeri gəlmişkən, ondan əvvəl qapıçı Robin Risser də zədə səbəbindən heyətdən çıxarılıb. Onu Jan Bütez əvəzləyib.
Xatırladaq ki, Fransa Millətlər Liqasında Türkiyə, Belçika və İtaliya ilə qarşılaşacaq.
Bir PSJ-lini digəri əvəzlədi
Dünya futbolu






