La Liqada namizədlər kimlərdi?

28.11.2025 10:52 4
Dünya futbolu
İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıya 5 oyunçu düşüb. Namizədlər aşağıdakılardı:

Jerar Moreno (Vilyarreal) - 198 dəqiqə meydanda olub, 3 qol vurub, ötürmə dəqiqliyi 80,9 faiz.

Antuan Qrizman (Atletiko) - 121 dəqiqə meydanda olub, 3 qol vurub, ötürmə dəqiqliyi 80 faiz.

Kilian Mbappe (Real) - 259 dəqiqə meydanda olub, 2 qol vurub, 1 qol ötürməsi verib, ötürmə dəqiqliyi 89,2 faiz.

Mikel Oyarsabal (Real Sosyedad) - 270 dəqiqə meydanda olub, 1 qol vurub, 2 məhsuldar ötürmə verib, ötürmə dəqiqliyi 70,6 faiz.

Lamin Yamal (Barselona) - 267 dəqiqə meydanda olub, 2 qol vurub, 2 məhsuldar ötürmə verib, ötürmə dəqiqliyi 85,1 faiz.