Həmkarlarını arxada qoydu

3.03.2025 20:58 100
Dünya futbolu
İspaniya La Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Bu nominasiyada “Barselona”nı çalışdıran Hans-Diter Flik qalib gəlib.

Almaniyalı mütəxəssis səsvermədə Xose Bordalasla (Xetafe) Karlos Korberanı (Valensiya) qabaqlayıb.

Xatırladaq ki, “Barselona” ötən ay İspaniya çempionatında keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. Flikin komandası 25 oyuna 54 xalla turnir cədvəlində 1-ci yeri tutur. 2-ci yerdəki “Real”ın da bu qədər xalı var.