Dembele vətəninə qayıdır?

1.08.2023 23:18 243
Dünya futbolu
Usman Dembele vətəni Fransaya qayıdır.

“Football-plus.az” xəbər verir ki, “Barselona”nın hücumçusu PSJ-yə keçib. Bu məlumatı yayan insayder Fabritsio Romano Paris klubunun Dembele ilə 5 illik müqavilə imzaladığını bildirib.

Fransa millisinin üzvü “Barselona”da 2017-ci ildən çıxış edir. 26 yaşlı Usman İspaniya klubuna Dortmund “Borussiya”sından keçib. O, daha əvvəl ölkəsində “Renn”in formasını daşıyıb.