Vircil van Diyk karyerası ilə bağlı qərar verib.
Bəzi mənbələr onun “Liverpul”u yayda tərk edə biləcəyini ehtimal edirdi. Lakin o, kapitanı olduğu komandada qalmaq qərarına gəlib. Bu barədə niderlandlı müdafiəçi özü məlumat verib.
Qeyd edək ki, Van Diyk mersisaydlıların sıralarında 2018-ci ilin yanvarından oynayır. Onun klubla müqaviləsinin müddəti 2025-ci il iyunun 30-na qədərdi.