Messi ilə, amma Ronaldosuz və Rafinyasız! - “France Football” “Qızıl top”a namizədlərin siyahısını açıqladı

14.09.2026 13:28 0
Dünya futbolu
“France Football” jurnalı bu il “Qızıl top”a iddialı olan futbolçuların tam siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, qalibin adı oktyabrın 26-da Londonda keçiriləcək tədqimat mərasimində elan olunacaq.

Yenə də Ronaldosuz
Mükafata namizədlər siyahısına 30 futbolçunun adı düşüb: Cud Bellingem (Real, İngiltərə yığması), Pau Kubarsi (Barselona, İspaniya yığması), Mark Kukurelya (Real, İspaniya yığması), Usman Dembele (PSJ, Fransa yığması), Luis Dias (Bavariya, Kolumbiya yığması), Bruno Fernandeş (Mançester Yunayted, Portuqaliya yığması), Qabriel (Arsenal, Braziliya yığması), Erlinq Holann (Mançester Siti, Norveç yığması), Harri Keyn (Bavariya, İngiltərə yığması), Əşrəf Hakimi (PSJ, Mərakeş yığması), Lamin Yamal (Barselona, İspaniya yığması), Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan yığması), Markinyos (PSJ, Braziliya yığması), Sadio Mane (Əl-Nəssr, Seneqal yığması), Lautaro Martines (İnter, Argentina yığması), Kilian Mbappe (Real, Fransa yığması), Nunu Mendeş (PSJ, Portuqaliya yığması), Lionel Messi (İnter Mayami, Argentina yığması), Maykl Olise (Bavariya, Fransa yığması), Joao Neveş (PSJ, Portuqaliya yığması), Xulian Kinyones (Əl-Kadisiya, Meksika yığması), Vilyan Paço (PSJ, Ekvador yığması), Deklan Rays (Arsenal, İngiltərə yığması), Rodri (Barselona, İspaniya yığması), Fabian Ruis (PSJ, İspaniya yığması), Ferran Torres (PSJ, İspaniya yığması), Vilyam Saliba (Arsenal, Fransa yığması), Dayot Upamekano (Bavariya, Fransa yığması), Vinisius Junior (Real, Braziliya yığması), Vitinya (PSJ, Portuqaliya yığması).

Təbii ki, Messinin soyadı diqqəti daha çox cəlb edir – 39 yaşlı hücumçu ötən mövsüm “İnter Mayami” ilə çempionluq qazandı və Argentina yığması ilə dünya çempionatının finalına qədər irəlilədi (İspaniya – 0:1).

“France Football”un da vurğuladığı kimi, Lionel artıq 17-ci dəfə nominantlar siyahısına düşüb. O yalnız hazırda “Əl-Nəssr”in formasını geyən Kriştiano Ronaldodan (18) geri qalır. Yeri gəlmişkən, 41 yaşlı portuqaliyalı ulduz ardıcıl 4-cü dəfə siyahıya düşməyib.

“30-luq”da həmçinin Rafinya (Barselona, Braziliya yığması), Pedri (Barselona, İspaniya yığması), Bredli Barkolya (Liverpul/PSJ, Fransa yığması), Bukayo Saka (Arsenal, İngiltərə yığması), Martin Edeqor (Arsenal, Norveç yığması), David Rayya (Arsenal, İspaniya yığması) və Entso Fernandes (Mançester Siti/Çelsi, Argentina yığması) də yoxdu.

Klublar arasında təmsilçi sayına görə lider, gözlənildiyi kimi, PSJ-di – Çempionlar Liqasının son qalibinin birdən-birə 10 futbolçusu mükafat uğrunda mübarizə aparır. Amma onlardan heç biri favoritlər siyahısında deyil. Bukmekerlərə inansaq, PSJ-nin ən şanslı oyunçusu Xviça Kvaratsxeliyadı (12 faiz). “Bavariya”nın forvardı Harri Heyn “Qızıl top”u almağa ən real namizəd (64 faiz) sayılır – ingiltərəli ulduz 2025/26 mövsümündə 73 qol vurub, Münhün klubu ilə trebl edib və son DÇ-nin bürünc medalını qazanıb.

“France Football” başqa mükafatlara namizədlərin də siyahısını açıqlayıb. Ən yaxşı qapıçı üçün mükafata 10 futbolçu iddialıdı: Yassin Bunu (Əl-Hilal, Mərakeş yığması), Tibo Kurtua (Real, Belçika yığması), Xuan Qarsiya (Barselona, İspaniya yığması), Qreqor Kobel (Borussiya D, İsveçrə yığması), Emiliano Martines (Çelsi, Argentina yığması), Eduar Mendi (Əl-Əhli, Seneqal yığması), David Rayya (Arsenal, İspaniya yığması), Matvey Safonov (PSJ, Rusiya yığması), Unai Simon (Atletik, İspaniya yığması), Vozinya (Kolo-Kolo, Kabo Verde yığması).

Maraqlıdı ki, hələ ötən il mövsümün ən yaxşı qapıçısı üçün mükafat dahi Lev Yaşinin adını daşıyırdı. Ancaq bu dəfə başqa nominasiyalarda olduğu kimi, burda da mükafat “adsızlaşdırılıb”.
“France Football” ən yaxşı gənc oyunçu mükafatına namizədlərin də siyahısını açıqlayıb. Burda da 10 nəfərin adı var: Ayyub Buaddi (Mançester Siti), Lamin Yamal, Pau Kubarsi (hər ikisi “Barselona”), Kərim Alaybeqoviç (Yuventus), Yan Diomande (Real), Eli Junior Krupi (Bornmut), İbrahim Maza (Bayer-04), Joan Manzambi (Aston Villa), Uorren Zair-Emeri (PSJ), Lennart Karl (Bavariya).

Mövsümün ən yaxşı məşqçisi adı uğrunda Mikel Arteta (Arsenal), Luis de la Fuente (İspaniya yığması), Unai Emeri (Aston Villa), Vensan Kompani (Bavariya) və Luis Enrike (PSJ) mübarizə aparacaq.

“Qızıl top”un yubiley – 70-ci tədqimat mərasimi, girişdə də vurğuladığımız kimi, oktyabrın 26-da, özü də tarixdə ilk dəfə Parisdə yox, Londonda keçiriləcək. Mükafatın son qalibi PSJ-nin yarımmüdafiəçisi Usman Dembele olub.