"Zirə"nin qapıçısı millinin düşərgəsini tərk etdi

26.07.2022 11:11 429
Ölkə futbolu
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

"Football-plus.az" xəbər verir ki, “Zirə” klubunun qapıçısı Səlim Həşimov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu üçün əsas komandayə cəlb olunduğundan millinin düşərgəsini tərk edib.

Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.

"Zirə" Bakıdakı ilk oyunda "Makkabi"ya 0:3 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı iyulu 28-də İsraildə olacaq.