Millimizin heyətində dəyişiklik

12.01.2026 11:09 15
Ölkə futbolu
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, “Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.

Xatırladaq ki, milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq çərçivəsində U-21 yığmamız 2 yoxlama oyunu keçirəcək. U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.