Babək Quliyev UEFA-dan təyinat aldı

21.03.2024 12:30 153
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan – Macarıstan oyununun hakim inspektoru olacaq.

Qarşılaşma martın 26-da, saat 18.00-da Qazaxıstanın Almatı şəhərindəki "Almaty Ortalyk" stadionunda baş tutacaq.