Babək Quliyevə UEFA-dan növbəti təyinat

29.03.2026 15:26 9
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rumıniya - San-Marino oyununda hakim-inspektor funksiyasını yerinə yetirəcək.

A qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma martın 31-də Rumıniyanın Tırqovişte şəhərində təşkil olunacaq.