Bedard və “Filadelfiya” tarixə düşdü

28.11.2025 22:44 5
İdman
MHL-də son üç gündə keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var.

"Football-plus.az" xəbər verir ki, “Çikaqo”nun hücumçusu Konnor Bedard komandasının “Baffalo”ya 3:9 uduzduğu oyunda iki məhsuldar ötürmə verdi.

Kanadalı müntəzəm çempionatda 100-cü və 101-ci məhsuldar ötürmələrini gerçəkləşdirdi. 20 yaş 127 günlüyündə bunu bacaran Bedard “Çikaqo” tarixinə 100 və daha artıq ötürmə verə bilən ən gənc hokkeyçi kimi düşdü. Bedard 1987-ci ilin yanvarında 20 yaş 141 günlüyündə bu həddə çatan amerikalı Eddi Olçikin rekordunu yenilədi. Bedard həmçinin fəaliyyətdə olan hokkeyçilər arasında 100 məhsuldar ötürmə həddinə çatan 3-cü ən gənc oyunçudu. O, yalnız “Pittsburq”dan Sidni Krosbi (19 yaş 134 gün) ilə “Edmonton”dan Konnor Makdevidə (20 yaş 85 gün) uduzur.

“Filadelfiya” evdə “Nyu-Cersi”yə 6:3 hesabıyla qalib gəldiyi oyunda 26 saniyə ərzində üç qol vurdu. Bu qollar 13-cü dəqiqənin 6-cı, 15-ci və 32-ci saniyəsinə təsadüf etdi.

MHL-in mətbuat xidmətinin yaydığı xəbərə görə, “Flayerz” 21-ci əsrdə hamıdan tez üç qol vurmağı bacarıb. Bu göstəricidə rekord 1971-ci ildə “Vankuver”i 20 saniyə ərzində üç dəfə məyus edən “Boston”a məxsusdu. 1990-cı ildə “Vaşinqton” 21 saniyə ərzində “Pittsburq”un qapısından üç qol keçirib. “Çikaqo”ya da 1952-ci ildə “Reyncers”lə oyunda bu qədər vaxt lazım olub. Nəhayət, “Reyncers” 1932-ci ildə “Monreal Marunz”la oyunda 24 saniyə ərzində üç qol vura bilib.

22 noyabr
Baffalo – Çikaqo 9:3 (3:1, 3:1, 3:1)
Pittsburq – Minnesota 0:5 (0:3, 0:2, 0:0)
Vinnipeq – Karolina 3:4 (2:1, 0:2, 1:1)
Los-Anceles – Boston 1:2 OT (0:0, 0:0, 1:1, 0:1)
Detroyt – Kolambus 4:3 OT (0:1, 1:1, 2:1, 1:0)
Aylenders – Sent-Luis 1:2 (0:1, 0:1, 1:0)

23 noyabr
Vaşinqton – Tampa-Bey 3:5 (1:4, 1:0, 1:1)
Monreal – Toronto 5:2 (2:0, 2:1, 1:1)
Pittsburq – Sietl 2:3 OT (0:0, 1:1, 1:1, 0:1)
San-Xose – Ottava 2:3 (1:1, 1:1, 0:1)
Filadelfiya – Nyu-Cersi 6:3 (4:1, 1:1, 1:1)
Florida – Edmonton 3:6 (1:3, 2:1, 0:2)
Neşvill – Kolorado 0:3 (0:1, 0:0, 0:2)
Yuta – Reyncers 3:2 (1:1, 1:1, 1:0)
Anahaym – Veqas 4:3 OT (2:3, 1:0, 0:0, 1:0)
Kalqari – Dallas 3:2 B (1:0, 0:0, 1:2, 0:0)
Baffalo – Karolina 4:1 (1:1, 2:0, 1:0)

24 noyabr
Vinnipeq – Minnesota 0:3 (0:0, 0:2, 0:1)
Aylenders – Sietl 1:0 B (0:0, 0:0, 0:0, 0:0)
Çikaqo – Kolorado 0:1 (0:0, 0:1, 0:0)
San-Xose – Boston 3:1 (1:0, 1:0, 1:1)
Vankuver – Kalqari 2:5 (1:2, 0:2, 1:1)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul