Atasının yolu ilə gedir

26.09.2026 21:00 99
Dünya futbolu
Klaudio Markizionun oğlu Davide də atasının yolu ilə gedir.

"Football-plus.az" xəbər verir ki, italiyalı keçmiş futbolçunun övladı “Yuventus”la peşəkar müqavilə imzalayıb. Turin klubunun mətbuat xidmətinin məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Buna qədər “Yuventus”un U-18 komandasında oyanayan Davide klubun əvəzedici komandasında çıxış edəcək.

Qeyd edək ki, Klaudio Markizio 2005-18-ci illərdə “Yuventus”da çıxış edib. O, ağ-qara formada keçirdiyi 294 oyunda 33 qol vurub.