"Football-plus.az" xəbər verir ki, dünya şöhrətli futbolçu beynəlxalq karyerasını başa vurduğunu bəyan edib.
Başqa sözlə, onu bir daha kapitanı olduğu Argentina yığmasında görməyəcəyik. 39 yaşlı Lionel milli komandadakı karyerasını başa vurduğunu sosial media hesabı vasitəsilə açıqlayıb. O, bu qərarını DÇ-2026-nın İspaniya ilə final matçından iki gün sonra verdiyini, ancaq atasının vəfatından sonra milli komandadan ayrılmaq qərarından daha da əmin olduğunu bildirib:
“Argentina yığmasındakı çıxışımı başa vururam. Bu, mənim üçün çox ağır qərardı, amma artıq bu məqamın vaxtı çatıb. Həmişə əlimdən gələnin ən yaxşısını etdim və bütün gücümü bu forma üçün sərf etdim. Milli komandada olmaq mənə həmişə çox sevdiyim bir hissi yaşadıb. Artıq verəcək heç nəyim qalmayıb. Üstəlik bu formanı daşımağa layiq çox istedadlı gənclər var. 20 il ərzində göstərdiyiniz bütün sevgiyə görə təşəkkür edirəm. Sizi kənardan dəstəkləyəcəm. Sizi sevirəm! Məni argentinalı yaratdığı üçün Tanrıya şükür edirəm. Yaşasın Argentina!”
Messi milli formanı 2005-ci ildən daşıyırdı. 2022-ci ildə dünya çempionu olan hücumçu iki dəfə Amerika Kubokunun qalibi olub. 8 dəfə “Qızıl top” mükafatına layiq görülən Lionel milli komandada 207 oyun keçirib və 125 qol vurub.






