Keylor Navas vacib qərar verib. O, bundan sonra milli formanı daşımayacaq.
PSJ-nin qapıçısı Kosta Rika yığmasındakı karyerasını başa vurub. O, bununla bağlı öz “instaqram” hesaında paylaşım edib. 37 yaşlı futbolçu qərarı ilə bağlı belə deyib:
“Həyatımın məğlubiyyətlərlə və qələbələrlə dolu olan bu fəsli başa çatdı. Mən kiçik bir əraziyə, lakin nəhəng ruha malik sevimli Kosta Rikamızın adını özümlə apararaq milli komandadan minnətdarlıqla və irəliyə baxan bir ürəklə ayrılıram”.
Keylor 2008-ci ildən çıxış etdiyi Kosta Rika yığmasında 114 oyun keçirib.