Çempionlar Liqasında yeni rekord

5.12.2024 23:31 333
Avrokuboklar / Çempionlar Liqası
Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu arxada qalıb.

Bu həftə keçirilən 18 oyunda qapılara ümumilikdə 67 qol vurulub. UEFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu nəticə turnirin tarixində rekord göstəricidi. Əvvəlki rekord Çempionlar Liqasının 2000/01 mövsümünün 1-ci turunda qeydə alınmış, 16 matçda 63 qol vurulmuşdu.

Qeyd edək ki, noyabrın 26-da 5-ci turun ilk 9 oyununda 40 qol vurulub ki, bu da turnirin tarixində bir oyun günündə 2-ci ən yüksək göstəricidi.