“Roma” “Tottenhem”i arxada qoydu

25.09.2025 21:41 8
Dünya futbolu
“Roma” Avropa Liqasında yeni rekord müəyyənləşdirib.

İtaliya klubu buna liqa mərhələsinin 1-ci turunda “Nitsa”nı məğlub etməklə nail olub. Paytaxt təmsilçisi turnirdəki qələbələrinin sayını 98-ə çatdırıb.

Beləliklə, “Roma” Avropa Liqasının son qalibi, hazırda Çempionlar Liqasında çıxış edən “Tottenhem”i (97 qələbə) arxada qoyaraq yeni rekord müəyyən edib.