“Böyük beşlik”də yeni rekord

24.04.2025 20:57 23
Dünya futbolu
Avropanın 5 aparıcı futbol liqasında yeni rekord qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, buna PSJ nail olub.

Paris klubu Liqa 1-in 29-cu turunun oyununda “Nant”la heç-heçə edib (1:1). Nəticədə PSJ Avropanın “böyük beşliy”ə daxil olan liqaları üçün “Milan”ın səfər matçlarında ən uzun məğlubiyyətsizlik seriyası rekordunu yeniləyib.

Fransa nəhəngi 39 səfər matçında 30 qələbə qazanıb, 9 oyunda heç-heçə edib.

Yeri gəlmişkən, Liqa 1-in 30 turundan sonra PSJ 78 xalla liderdi. Luis Enrikenin komandası artıq çempionluğu rəsmiləşdirib.