Qaliblərin mükafatlandırılması mərasimi bu gün saat 16.00-da Binə qəsəbə stadionunda keçiriləcək. Şəhərdə bir neçə münasib yer ola-ola, mərasimin uzaq Binəyə salınması təəccüb doğurdu. Bu suala cavab tapmaq üçün Peşəkar Futbol Liqasının Media və marketinq departamenti Sənan Abdullayevə müraciət etdik:
“2-ci liqada motivasiya məqsədi ilə gümüş və bürünc medallar da verilir. Bakı hər üç klub üçün mərkəzdi. Çempion olan komanda – “Şahdağ Qusar” heç Qusarda oyun keçirməyib. “Şəfa” çempion olsaydı, “ASK Arena” ehtimalı nəzərdən keçiriləcəkdi. 2-ci liqada ən çox oyun Binədə keçirilib. Bütün komandalar üçün mərkəz nöqtə sayılır, buna görə də belə qərara gəldik, heç bir klub da etiraz etmədi”.
MÜZƏFFƏR QULUZADƏ






