Ris Ceyms dilinin bəlasına düşüb.
"Football-plus.az" xəbər verir ki, “Çelsi”nin kapitanı hakimi təhqir etdiyi üçün cəzalandırılıb. O, premyer-liqanın 6-cı turunun “Aston Villa” ilə matçında (0:1) rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib.
Ceyms bud nahiyəsindən zədələndiyi üçün oyunda iştirak etməsə də, stadionda olub. O, matçdan sonra tribunada hakim Carred Gilletti söyüb.
Yerli futbol təşkilatı Risi 1 oyunluq cəzalandırıb və onu 90 min funt sterlinq cərimələyib. Futbolçu premyer-liqanın 8-ci turunun oktyabrın 7-də “Bernli” ilə keçiriləcək oyununu buraxacaq.