''İkardi Lukakudan üstündü''

15.10.2023 17:51 187
Dünya futbolu
''İnter''in icraçı direktoru Cuzeppe Marotta Romelu Lukaku haqda maraqlı açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, bu yay ''Yuventus'' ilə danışıqlar apardığı üçün ''İnter'' ilə qalmaqallı şəkildə vidalaşmalı olan belçikalı forvard hazırda ''Roma''nın şərəfini qoruyur. Marotta Lukaku ilə hazırda ''Qalatasaray''da çıxış edən ''İnter''in sabiq üzvü Mauro İkardini müqayisə edib:
''Lukaku, yoxsa, İkardi? Hadisələrin gedişatına baxsaq, İkardini seçərdim. Lukaku ''İnter'' haqda ürəyi nə istəyirsə, danışa bilər. Amma biz hər zaman ona hörmətlə yanaşmışıq. Futbolda hər şeyi pul həll edir''.


İkardinin ''İnter''də 217 rəsmi oyunda 121 qol, 29 məhsuldar ötürmə, Lukakunun isə 132 rəsmi oyunda 78 qol 23 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.

ƏLİ