Argentina mətbuatında 3 aydan çoxdu, klubsuz olan ünlü forvardın ''Cim-Bom''a geri dönmək istədiyi, hətta illik 2 milyon avro maaşa da razı olduğu və tezliklə məşqlərdə iştirak edəcəyi qeyd olunmuşdu. Amma Özbək bu xəbərləri təkzib edib. O, İkardidən sadəcə vida oyunu üçün cavab gözlədiklərini bildirib:
''Biz komandada qalması üçün İkardiyə təklifimizi irəli sürmüşdük. Ancaq gözləntisi daha yüksək idi. Söhbət təkcə maddi məsələlərdən getmir. İkardi komandamız üçün əsl ikonaya çevrildi. Böyük bir nəsli ''Qalatasaray''lı etdi. Ancaq problem təkcə pulda deyildi. Həm də heyətimizdə Osimhen kimi hücumçu var. Onların ikisinin eyni anda oynaması mümkün görünmürdü. Əsas çətinlik məhz bu idi. Ona əsas heyətdə oynamaqla bağlı zəmanət verə bilməzdik. Bizim üçün etdiklərini dana bilmərik. Bunu onun özünə də söylədik. Onunla görkəmli şəkildə vidalaşmaq istərdik. Hələ də cavab gözləyirik. Cavab gəlsə, elə bir şey təşkil edərik. İkardi mənim dönəmimdə gəldi və komandamıza çox şey verdi. Ancaq futbol bu cür oyundu. Hər futbolçu müəyyən vaxtdan sonra yaşlanır və performansı düşür. Ən üst səviyyədə qalmaları çətinləşir. 2-3 oyun zəif təsir bağışlayan kimi onlara qarşı münasibət dəyişir. Bu komandada hətta Muslera da fitə basılıb''.






