Masazır camiəsi "Sabah"ı Mərdəkanda tək qoymayacaq - neçə nəfərdilər?

25.10.2026 16:20 54
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, "Sabah" bundan sonra ev oyunlarını Mərdəkanda - "Sabah Arena"da keçirəcək. Əvvəllər Masazırda meydana çıxan "bayquşlar" burdakı azarkeşlərini itirmək istəmir. Klub bu məqsədlə maraqlı addım atıb. Belə ki, "Sabah Arena"da "Masazır tribunası" fəaliyyət göstərəcək. Üstəlik, Masazırdan Mərdəkana gəlmək istəyən azarkeşlər üçün avtobuslar nəzərdə tutulub.

Bəs, tərəfdarlar "Sabah"ın addımını necə qarşılayıb? Stadiona həmin nəqliyyat vasitələri ilə gəlmək istəyən azarkeşlərin sayı neçədi?

Bu suallarla "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Qarabağ"la oyuna maraq böyükdü. Biletlərin demək olar ki, hamısı satılıb. "Masazır tribunası"nda isə 100-dən çox azarkeş olacaq".

Xatırladaq ki, "Sabah" - "Qarabağ" matçı saat 18.00-da start götürəcək.

KƏNAN BAHADIR